Vurğun dedim, –Qafqaz dağıAğ başını silkələrEhtiramla.Vurğun dedim, –GözlərimdənYaş töküldü damla-damla.Vurğun dedim, –Obalarım,Oymaqlarım yada düşdü.Vurğun dedim, –Durna gözlüBulaqlarım yada düşdü,Vurğun dedim, –Səsə gəldiOdlar yurdu Azərbaycan.Vurğun dedim, –Ləngər vurduGöydə tərlan,Boynun bükdü yerdə ceyran.Vurğun dedim, –Daş ürəkliQara torpaq inildədi.– Hanı Vurğun?– Məndə deyil,Qəlblərdədir Vurğun, – dedi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən