Vurğun
Vurğunun saçları vaxtsız ağardıGümüş dalğalar qondu başına.Yüz yaşlı qocaya bənzəri vardıO qədəm qoyanda əlli yaşına.
Dağ deyil, zirvəsi qar görməyən dağŞerin sahibinə ad halal oldu.Vaxtsız qocalsa da, vaxtından qabaqVurğun şerimizdə ağsaqqal oldu.
Nizamini, Füzulini sevdi ürəkdənÖmür boyu fəxr elədi sələfləriylə.Yorulmadı Ələsgərə ustad deməkdən,Fəzir Vaqif taxta çıxdı şah əsəriylə.
Palıd kimi öz kökünə bağlıydı Vurğun,Səsi bütün əsrlərin sədası oldu.Ataların qədir-şünas oğluydu Vurğun,Şeir yazan övladların atası oldu.
Kürsülərdə başı qarlı bir dağ kimiydi,Dar ayaqda əyilməzdi dağ əyilsə də.İdrakıyla çoxlarına üstün gəlsə də,O, həyatda bir sadəlövh uşaq kimiydi.
Şeir halal bəhrəsidir ülvi hisslərin,“Çoxbilmişlər” bu meydanda gəldi-gedərdir.Rəngdən-rəngə, roldan-rola girən kəslərinDüşüncəsi bir uşağın ağlı qədərdir.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-vurgun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Dövlətdə dəvədir, övladda nəvə”,Kim bunu deyibsə, ona mərhaba!..
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
Salam Asiya, Salam Afrika!Nəğmələrin dalğasında paytaxtım coşur,Dünya bura şəhər-şəhər düzülüb gəlir.
Yeddi gəmi adasıOnların ayağına poladdan bənd vuruldu,Kəsildi göy sulardan yeddi gəmi nidası.
Başqa şairlərin şeirləri
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Salubdı indi nəzərdən, gedüb, o yar məniSalubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.