Xoş ol zaman ki, qapında gədalığım var idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xoş ol zaman ki, qapında gədalığım var idi,Bu etibar ilə bir padşalığım var idi.
Mükəddər etdi qübari-həvadis ilə fələk,Şərabi-nab kimi dilgüşalığım var idi.
Şikəsti-sərsəri-yəs oldu, ey xoş ol gün kim,Səfineyi-əmələ naxudalığım var idi.
Nə çevrəmə dolanırsan bu gün mənim, ey bəxt,Haçan səninlə mənim aşinalığım var idi.
Riyanı tərk elədim, cam tutdum, ey zahid,Mənim də el gözünə parsalığım var idi.
İmamə müqtədiyəm, ey xoş ol zamanlar kim,Şərabxarlərə pişvalığım var idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. O zülfi-qarə qılıb bəxtimi, məgər Seyyid,Mənim əzəldə bu bəxti-qəralığım var idi?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-xos-ol-zaman-ki-qapinda-gedaligim-var-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəql edirlər ki, şəhri-NişaburƏhdi-sabiqdə oldu çox məmur.
Zahidi-müstəcabüddəvə (Mənzum nağıl)Mənzum nağılBir nəfər zahidi-xocəstəliqa –
Siçan və pişik dastanıHəmd ola ol xaliqə sübhü məsa –Kim, yetirib feyzi cahanə səfa!
Dastanın yazılma səbəbiDün birinə nəql elədim, ey filan,İstəyirəm nəzm ola bir dastan
Başqa şairlərin şeirləri · Mey və meyxana
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.