Xət gəlib müshəfi-rüxsarına mənası üçün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xət gəlib müshəfi-rüxsarına mənası üçün,Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.
Rəşk edir bir-birinə mərdüməki didələrimNöqteyi-xalının, ey şux, təmaşası üçün.
Eşqinə düşdü Məsiha çü bu ziba sənəmin,Çarmixə çəkilib zülfi-çəlipası üçün.
Xahiş etdi dəhənin sirrini çoxlar, əmmaOldu mədum bu bir nöqtə müəmması üçün.
Zahida, dinüvi sən verdin əbəs şeytanə,Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.
Verdi can könlümü zülfi-siyəhinə o məhin,Çarə bildi onu rəfi-qəmi-sövdası üçün.
Mari-Zöhhak idi geysusi, Firidun xətti,Bu Firidun gəlir dəfinə dəvası üçün.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyidin var idi bir cüzi olan iymanı,Eylədi nəzr onu da şəhr kəlisası üçün.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-xet-gelib-mushefi-ruxsarina-menasi-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baği-aləmdə mənə bir güli-rənadı qərəz,Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.
İstərəm bir gülü nə bağü nə bostan gülüdürİstərəm bir gülü nə bağü nə bostan gülüdür,Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.
Bu günkü bəzmdə cami-şərabımız yoxdurBu günkü bəzmdə cami-şərabımız yoxdur,Qara olub günümüz, afitabımız yoxdur.
Məni gədalığa ol yari-pürsitiz istərMəni gədalığa ol yari-pürsitiz istər,Həzar şükr ki, yarım məni əziz istər.
Başqa şairlərin şeirləri · Eşq
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
DilbərSallanıban yüz naz ilənBu seyrana gələn dilbər
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,