Rüxsarın açıb bülbülü şeyda elədin sən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Rüxsarın açıb bülbülü şeyda elədin sən,Bülbül nəzərində gülü rüsva elədin sən.
Ağuşun üçün bəs ki, qolum açıla qaldı,Kafər, məni bir şəkli-çəlipa elədin sən.
Bürqə götürüb ol ərəqaludə yüzündən,Gün üzrə əyan iqdi-Sürəyya elədin sən.
Nitqə gəlib etdin bu dili-mürdəni ehya,Zahir genə ecazi-Məsiha elədin sən.
Tökdün yüzə ol zülfi-xəməndərxəmi, ey məh,Xurşidə hicabın şəbi-yəlda elədin sən.
Yerdən gögə var Yusif ilə fərq səninçün,Çox Yusifi eşqində Züleyxa elədin sən.
Hicri-rüxi-alında iki çeşmimi, ey gül,Xunab ila meydən dolu mina elədin sən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəddini “əlif”, zülfi-siyahini dedin “lam”,Seyyid, bu əlif-lamı nə məna elədin sən?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ruxsarin-acib-bulbulu-seyda-eledin-sen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Hər zaman derlər ki, qıl bir tazə dilbər arizuHər zaman derlər ki, qıl bir tazə dilbər arizu,Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm.
Qeyrlər meyl etməgindən yarə bihal olmuşamQeyrlər meyl etməgindən yarə bihal olmuşam,Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə.
Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsanƏla, ey tiri-dilbər kim, könüldə mihmanımsan,Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan.