Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mən,Ümidi-vəsli ilə bu diyarə gəldim mən.
Visalı döndü mənə oldu axırı hicran,Yəqin ki, çeşmi-bədi-ruzigarə gəldim mən.
Nəkarəyəm, nəçiyəm, badə ilə sadəm yox,Özüm də bilməyirəm kim, nə karə gəldim mən.
Nə ahü zar idi bu, bir gülün fərağında,Əlindən, ey dili-xungəştə, zarə gəldim mən.
Sizi tarı mənə bu dəmləri verin fürsət,Şikayətə bu dəri-şəhryarə gəldim mən.
Münəccim etdi nəzər bəxtimin sitarəsinə,Onun təsəvvürünə bəxtiqarə gəldim mən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yetişdi qətrələr ol bəhri-vəhdətə, Seyyid,O bəhrdə dür idim, gör, kənarə gəldim mən.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gorub-ziyayi-ruxun-kuyi-yare-geldim-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bülbülün hali-dilin novgüli-gülzar bilir,Yansa pərvanə, qəmin şəmi-şəbi-tar bilir.
Hərçənd xubrudə bu adətdi, naz olurHərçənd xubrudə bu adətdi, naz olur,Sən tək, vəleyk, naz qılan yar az olur.
Bu pir könül tazə bir əhli-nəzər istərBu pir könül tazə bir əhli-nəzər istər,Əvvəlki keçibdir, bunu ondan bətər istər.
Hanı o mahə həmağuş olduğum gecələrHanı o mahə həmağuş olduğum gecələr,Şərabi-vəsl ilə mədhuş olduğum gecələr.
Başqa şairlərin şeirləri · Hicran
Səhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Pəriyi-vicdanDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Gizlətmə gözünü, gözünə qurbanGizlətmə gözünü, gözünə qurban,Ürək görünməyir göz gizlənəndə,
زین نیم جان که دارم جانان چه خواست گوئیکرد آنچه خواست با دل از جان چه خواست گوئی