Ey ləli-ləbin şireyi-şəkkər təki şirin,Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin.

Yüz şəkkərü şirini ola Xosrovun, olmazHərgiz ləbi-Şirin ilə Şəkkər təki şirin.

Vəsf eyləməyin, çox yemişəm Misr nəbatın,Əsla ola bilməz ləbi-dilbər təki şirin.

Nəxli-əsəlin rəşk ilə təlx oldu məzaqiKim, şirəsi olmaz o ləbi-tər təki şirin.

Badam mizacın hükəma təlx deyiblər,Mən görməmişəm hiç o gözlər təki şirin.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, sanə düşnam desə yar, nə eybi,Acı sözüdür könlümə şəkkər təki şirin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq