Bu günkü bəzmdə cami-şərabımız yoxdur,Qara olub günümüz, afitabımız yoxdur.

Hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizimCəmali-yardən özgə kitabımız yoxdur.

Əcəbmi nameyi-əmalımız qalırsa səfidKi, səbt olunmalı cürmü səvabımız yoxdur

Həmişə şer deyib, mey içib, cavan sevərik,Ziyadə felə bizim irtikabımız yoxdur.

Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq,Təğəyyür eyləmənik inqilabımız yoxdur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid,Sualə layiq olan bir cavabımız yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana