Alışdım odlara, aldım dili-divanədən atəş,Düşübdür aləmi-imkanə bu kaşanədən atəş.

Dedim: xəttin dişərdi, könlümü ver, ey məhi-taban,Dedi: axşam vermək xoş degildir xanədən atəş.

Əgər dil yanmasaydı yaxmaz idi qəlbi-cananı,Əcəb halətdi kim, şəmə düşüb pərvanədən atəş.

O xali-filfilin, ey gülbədən, yandırdı üşşaqı,Düşübdür xirməni-əhli-dilə bir danədən atəş.

Şitadır, saqiya, məclis ara qəlbi-şita xoşdur,Büsatı gərm qıl, göstər bizə peymanədən atəş.

Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə –Ki, heç əskik degil bu guşeyi-viranədən atəş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Müradın xatiri-cananı yandırmaqsa fəryad et –Ki, Seyyid, xali olmaz süfreyi-məstanədən atəş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran