Siçan padşahının pişiyin qətlinə qəsdi və pişiyi dardan qurtarması..232 Hekayət
Çəkdi qılıc ta ki özü padşa,Ta eləyə başını təndən cüda,Gördü pişik muşlərin şahını,Bildi onun kineyi-dilxahını.Şir kimi çökdü dizi üstünə,Verdi təkan şəst ilə öz dəstinə.Qırdı ipi, sıçradı əjdər kimi,Həmlə edib muşə qəzənfər kimi.Çox siçanı eylədi zalım həlak,Oldu siçanlar hamısı sinəçak.Həmlə edib Rüstəmi-dəstan kimi,Qeyzə gəlib Samü Nəriman kimi.Gördü siçan şahı ki dolmuş əsas,Canı həlak olmağın etdi qiyas.Gürzü giran əldə yetişdi pişik,Girməyə tapmadı siçan bir deşik.Gürzü çalıb, əzdi onun başını,Təpdi yerə qövmünü, qardaşını.Qaçdı siçanlar, yerə oldu nihan,Qaldı yer üstündə pişik hökmran.Kəsdi, siçanlar yolunu bağladı,“Mo-mo” edib bığlarını yağladı.Bais odur ki, pişik oldu əziz,Xanım ona hörmət edər, həm kəniz.Nə əkini vardı, nə dükkanı var,Hər gecə-gün hazır olan nanı varAşü plov, dolma yeyər hər gecə,Sərçə tutar, hindən aparar cücə.Sən də pişik olsa idin, Seyyida,Çəkməz idin ruzi üçün bir bəla.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sican-padsahinin-pisiyin-qetline-qesdi-ve-pisiyi-dardan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xublər könlümü istəllə ki, səndən alalar,Ey pəri, qoyma ki, özgə məni təsxir etsin.
Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, SeyyidDəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid,Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından.
Vədeyi-didarı fərdayi-qiyamət söylədinVədeyi-didarı fərdayi-qiyamət söylədin,Səxt dilşadəm ki, hərgiz ol günün fərdası yox.
Əlaci-dərdimə səy etmə, ey təbib, dəxiƏlaci-dərdimə səy etmə, ey təbib, dəxi,Bu dərd o dərd degil kim, dəvapəzir olsun.