Yazdı Xorasanə ki, gəlsin sipah,Ərbədəcu səfşikənü rəzmxah.Gəldi qoşun cövşənü xiftan ilə,Gürzi-giran, xəncəri-bürran ilə.Düşdü yola ləşkəri-cərrarlər,Səf dağıdan firqeyi-xunxarlər.İki qoşun saz oluban çəkdi səf,Zöhrə çalıb çəng, fələk vurdu dəf.İki qoşun oldu o gün rubəru,Xəsmfikən, qəlbşikən, kinəcu.İki tərəfdən ucalıb banki-kus,Hər iki şəh təxtinə etdi cülus.Saldı siçan ərsəyə bir pəhlivan,Oldu rəcəzxan o şirinzəban.Söylədi kim, farisi-meydan mənəm,Buğda yeyən, dağıdan ənban mənəm.Neçə çuvalları mən etdim deşik,Kimdi mənə tay ola itü pişik?Kəştiyi-Nuh üzrə ki, divi-ləinÇəkdi donuz dalına nagah əlin,Asqırıban xuk, mən oldum əyan,Kəştiyi-Nuhə elədim çox ziyan.Kimdi bu meydanda mənə tay ola,Hansı ləindir üzümə lay ola?Fövci-pişikdə var idi bir cavan,Adı onun Sarı Pişik, xoşzəban.Gördü siçanın bu qədər lafını,Gəldi dolandı onun ətrafını.Qarğı atı, qamçısı bir tirə tar,Taxta qılınc əldə, vəli abdar.Söylədi: – Ey donquza övlad olan,Hərzə danışma, bu ədadən utan!Kəştiyi-Nuh üzrə ki oldun əyan,Sən gəmini deşdin, edirdin ziyan,Çəkdi əlin şirə çü Nuh ol zaman,Asqırıban şir, mən oldum əyan.Sən donuzun burnuna mənsubsən,... yeyən oğlu, özü məyubsən!Bil çataram şirə nəcabətdə mən,Müştəhirəm zurü şücaətdə mən.Həmleyi-əvvəldə siçanı o pakTiğ çalıb, eylədi xarü həlak.Gəldi, mübariz tələb etdi yenə,Söylədi ki, kimdi bərabər mənə?Ta eləyim qanına qəltan onu,Xakə qılım dəhrdə yeksan onu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri