Bu gecə bir qərib qaranlıq var,Bu qaranlıqda min toranlıq var.Çox davam eyləməz bu səhnə, Rəfiq.Görəcəksən ki, pərdə-pərdə üfüqAçacaq, danyeri gülümsəyəcək,Yer, səma bir şəfəqli don geyəcək.Güləcək sevdiyin günəşli səhər,Gələcək sevgilin, gedincə qəhər.Zülmətin zilləti çəkildikcə,Nur dolu bir sabah olur bu gecə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq