Başına döndüyüm gül üzlü ana,Butamın dalınca gedəsiyəm mən.Ağlıyıf qəlbimi döndərmə qana,Butamın dalınca gedəsiyəm mən.

Dua et, Tanrıya ağlama daha,Getməsəm bataram böyük günaha.Bağla umudunu böyük Allaha,Butamın dalınca gedəsiyəm mən.

Yanmış ürəyimin qalmıyıf halı,Zarıncı eyləmə Miskin Abdalı.Eşitsin qoy bütün Göyçə mahalı,Butamın dalınca gedəsiyəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq