Bir qəm sarayı möhnət imiş taxtkahi-Cəm.Həp əski uyqusunda durur kişvəri-Əcəm.Dövri-bərində parlar ikən nuri-inqilab,Açmaz gözün, gözündə tilu qılsa afitab.Məzlum Əcəm, yanar ürəkim qəmli halına,Mən ağlaram, sən ağlamayırsan zəvalına.Bir ingilis əsirisən, ey əski Məmləkət,Qəmli sükutuna de görüm varmı bir cəhət?İranlılar, qalırsa hər əski sufatınız,Bir inqilab əlindədi qəti nicatınız!Qorxma, batar o qəhr ilə düşmən siyasəti,Hərbi qiyamə başlasa İran cəmaəti.Sanma böyükdü düşməniniz, iqtidarı var,Bir səmtə daim əsməyəcəkdir bu ruzigar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyul tətillərinə qarşı

Tətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər.Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı.

12 dəq
Jenya milyonçu evində

Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi.Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı.

13 dəq
Hacının evində ziyafət

1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.

23 dəq
Zidd fikirlər məngənəsində

1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.

28 dəq

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət