Ağlama
Zəlilü natəvan, əlacsız yazıq,Sən olasan mənim canım, ağlama!Artırma dərdimi həddən ziyada,Qoy mən eşq oduna yanım, ağlama!
O ağlar gözünə olum sadağa,Ahusan, səyyadam, gəl çıxaq dağa.Leylisən, Məcnunam, enək bulağa,Söylə mətləbini qanım, ağlama!
Dünyadan əl üzüb İman aşkara,Neyləyim bu dərdə mən bəxti qara.Səni ağladanlar düşsün azara,Ömürdən beş qalıb sanım, ağlama!
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-aglama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Bacım Elmiraya ithaf edirəm*Duvağa bürünüb yola düşürsən,
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
GülməNə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Lövheyi-təsviri maarifVətən övladı! Ha qeyrət qılın təhsili-ürfani,Qalan mə'naydır ancaq, bu nəqş, əlbət, olur fani.