Bağdən fəsli-bahar ol güli-rəna getdi,Bağlər düşdü səfadən ki, təmaşa getdi.

Nə əcəb gər axa Zəmzəm kimi əşki-çeşmim,Nəzərimdən mənim ol Kəbeyi-ülya getdi.

Getdi ta silsileyi-zülfi əlimdən o məhin,Qurtarıb ömr, başımdan dəxi sövda getdi.

Dəxi sən, ey dili-bimar, dəvasız qaldın,İndi ol mərgüvə amadə, Məsiha getdi.

Etmədi aqibəti-karüvi Məhmudi-xuda,Ol Əyazi-dilü can, şivədə Leyla getdi.

Dedi minbəd sənə atəşi-duzəxdi məqam,O üzü baği-cinan, qaməti Tuba getdi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, getdi o kim, gəlmiş idi Şirvanə,Qaldı surət kimi bu şəhr, o məna getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri