Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni,Topraqdən götürmüsən, ey dilrüba, məni.
Qurban bu mehribanlığa, ey Kəbeyi-ümid,Bundan sora çevir başuva, qıl fəda məni.
Hər yerdə kim, olam sənin, ey şəh, qulamınam,Yazmış sənə qulam əzəldən qəza məni.
Hər gün sənin hüzuruva mən gəlmək istərəm,Bu əmrdən mümanəət eylər həya məni.
Cami-mey ilə həmdü səna söhbətin yazıb,Guya təsəvvür etmisən əhli-riya məni.
Xaki-dərindən olduğuma neçə gün cüda,Ey dust, gərçi yazmış idin bəd əda məni.
Rahi-məhəbbətində sənin olmamış şahid,Səndən, ilahi, eyləməsi həq cüda məni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Düşnam olsa da, mənə şirindi sözlərin,Seyyid kimi hesab eləmə bivəfa məni.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dun-ey-sefa-ki-etmis-idin-xossefa-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol zülfdən olmaz dili-bimar xilas,Zəncirdən olmaz bu giriftar xilas,
Etdim ona hər dəqiqə yüz min ixlasEtdim ona hər dəqiqə yüz min ixlas,Bir şişeyi-meyi-lütfü mənə olmadı xas.
Kəsdim o ləbi-ləlfəşandan rəğbətKəsdim o ləbi-ləlfəşandan rəğbət,Ol sərvi-qədü qönçə-dəhandan rəğbət.
Ey badi-səba, kuyinə yarın güzər etEy badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,