Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü,Kurdir hüsnün şüasından Sürəyyanın gözü.
Zahidi-kəcbin nə bilsin arizin əsrarını,Feyz aparmaz gül tamaşasından əmanın gözü.
Dil edər naqus tək fəryad dərdi-hicrdən,Sən ki, çıxdın dışraya, çıxdı kəlisanın gözü.
Canuva canlar fəda kim, sənsən ey tərsa-beçəMəryəmin canı, Məsihin ruhu, İsanın gözü.
Bəs ki etmiş ruzü şəb, ey tifl, fikri-qamətin,Görməyir bir hərf əlifdən qeyri mollanın gözü.
Ənbəri-sarayə meyl etməzdi, ey ahunigah,Zülfi-müşkinin əgər görsəydi Saranın gözü.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, müşkül qalır ol mahi-nurəfşan tək –Kim, qalıbdır ol hilaləbrudə dünyanın gözü.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gormeyib-sen-kimi-ey-meh-cerxi-minanin-gozu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir çoban rast gəldi mollayə,Görcəyin düşdü özgə sövdayə.
Müctəhidin təhsildən qayıtmasıMüxtəsər, bir zaman çıxar bu xəbər –Ki, gəlir ol cəhani-fəzlü hünər.
Nazimin ifadəsiOl zamandan ki, etdi həft abaÜmməhat izdivacini peyda,
Nuşirəvanın ova getməsiNəql edirlər ki, şahi-NuşirvanOldu bir türfə seydgahə rəvan.
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.