Bir könül ki, ola ol mahliqadən xali,Bu yəqinimdir olur nuri-xudadən xali.

Düşəni könlümə rüxsari-münirin mehri,Bu siyəh xanə degil hiç ziyadən xali.

Nafeyi-Çin demişəm zülfi-əbirəfşanın,Bilmişəm kim, degiləm səhvü xətadən xali.

Dili-pürxunə dəgəndən bəri tiri-sitəmin,Dil degil hiç bu ehsanə duadən xali.

Necə izhar eləyim dərdi-nihanım o gülə,Ki degil, yanı onun badi-səbadən xali.

Xalı bir nöqtədir, amma ki, edib yüz dili seyd,Hiç bir nöqtə degil əmri-qəzadən xali.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, sən kimi aşiq degil ol zülfə əgər,Niyə ayrılmayır ol zülfi-dütadən xali.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq