Xət gəldi rüxi-yarə füzun oldu səvadı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xət gəldi rüxi-yarə füzun oldu səvadı,Şəffafdı bu ayeyi-”Vəlleyl” midadı.
Ol gül məni, gör, eylədi məşhuri-qəbayil,Eylə ki, Ədi şöhrə edib qovmi-Əyadı.
Ey bari-xuda, hasil elə yar muradın,Gər qətlim isə dəhrdə mətlubü muradı.
Vaiz eləyir mənfəəti-badəni inkar,Meyxarələrə gör ki, nə əfzundu inadı.
Zahid işi zahirdə əbadır və duadır,Məlun kişidir, hiyləvü təzvir nihadı.
Bu əsrdə yox gövhəri-ürfanə xəridar,Ey bari-xuda, lütflə rəf et bu kəsadı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey kaş, qoyaydın itinin adını Seyyid,Gəh-gah dəgəydi ləbi-şirinüvə adı.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-xet-geldi-ruxi-yare-fuzun-oldu-sevadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən qeyr büsatında ki, içdin meyi-nab.Qan oldu cigər, gəldi gözümdən xunab.
Düşdü əlimə bir gecə bir şişə şərabDüşdü əlimə bir gecə bir şişə şərab,Gətdim evə sübh içim məni-xanəxərab,
Qoymuşdum evə bir gecə bir şişə şərabQoymuşdum evə bir gecə bir şişə şərab,Yatdım ki, durub sübh olam ondan sirab,
Sərməst namazə gəlməsəydi əshabSərməst namazə gəlməsəydi əshab,Heç ayə gəlib həram olmazdı şərab.
Başqa şairlərin şeirləri · Eşq
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
YamandıHeç kimsə düşməsin yar sevdasına,Kimsə dözməz belə dərdə, yamandı.
BiləHər yetən gözələ gözəl demərəm,Gözəl odur, yar qədrini yar bilə.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,