Ey məni-bimarni biçarə qılğan, xanisən?Xanümanimdən məni avərə qılğan, xanisən?

Könlümü köksüm bilən bağrımçı tiği-hicr ilə,Oda yaxən, çak etkən parə qılğan, xanisən?Mehribanlıqdan keçib mən natəvanı öldürən,Bivəfalıq rəsmini aşkarə qılğan, xanisən?

Ey çıxarqan zülfini bəxti-siyahim ənlidin,Dudi-ah ilən yüzümni qarə qılğan, xanisən?

Üştə can verdi fəraqından cigərxun Kişvəri,Ey gəlib tabutuma nəzzarə qılğan, xanisən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran