Bizim ol dilrüba cananəmizdir,Məgər ol can degil, cana, nəmizdir?

Yanarmən şəmi-ruyin həsrətindən,Deməzsən, ol bizim pərvanəmizdir?

Fəraqindən nə fikri vardır, ey dust,Vüsalın hər gecə mehmanəmizdir.

Gözün sərməstdür, boyun sürahi,Sözün nəqlü ləbin peymanəmizdir.

Güləndə dişlərin ağzında, ey can,Sədəf içindəki dürdanəmizdir.

Səri-zülfin içində danə xalın,Könül quşinə damü danəmizdir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dedim: kimdir Xətai, bəndənizdə?Dedi: bir aşiqi-divanəmizdir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq