Boyun bir sərvi-rənadır güli var,Səmən üzrə pərişan kakili var.

Nə nazikdir cəmalın gülşəni kim,Güli-tər üzrə nazik sünbüli var.

Nə gülşəndir yüzün kim çevrəsində,Həzaran əndəlibü bülbüli var.

Necə məstü xumar olmaya çeşmin,Önündə ləblərin kimi müli var.

Məqtə — şairin təxəllüsü olan son beyt. İnanma zülf-əhdinə, Xətai,Kim onun bir başıvü min dili var!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar