Qaçma məndən, qaçma avçı deyiləm
İçmişəm bir dolu, olmuşam ayıq,Düşmüşəm dağlara, olmuşam geyik,Sənə derəm, sənə, sürməli keyik,Qaçma məndən, qaçma, avçı deyiləm.
Avçı deyiləm ki, düşəm izinə,Qaça-qaça qanlar endi dizinə.Sürmələr hey çəkdin qonur gözünə,Qaçma məndən, qaçma, avçı deyiləm.
Sənə derəm, sənə, geyik ərənlər,Bizə sevda, sənə dalğa verənlər,Dilərəm mövladan yenməz vuranlar,Qaçma məndən, qaçma, avçı deyiləm.
Aydır Şah Xətayim: – Uçan-qaçandan,Zərrəcə qorxmarıq bu dadlı candan,Gedib də’vaçı olma atana məndən,Qaçma məndən, qaçma, avçı deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-qacma-menden-qacma-avci-deyilem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.
Ey həq əhli, sən sənin cismində beytullahi görEy həq əhli, sən sənin cismində beytullahi gör,Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədirEy ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir,Ol səbəbdən aşiqin daim yeri meyxanədir.
Ey könül, hər mənisiz cahili yar etmək nədir?Ey könül, hər mənisiz cahili yar etmək nədir?Mənisiz cahil sözünə etibar etmək nədir?
Başqa şairlərin şeirləri
Bu sevda oddur müşkülBəhəqqi surəi-İncil
Dövri-ruyində saçın hərb nizamində durarDövri-ruyində saçın hərb nizamində durar,Gözlərin mərdumi nəzmiyyə məqamində durar.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,