Ey könül, hər mənisiz cahili yar etmək nədir?Mənisiz cahil sözünə etibar etmək nədir?

Çün onun qövli xətadır, həm qərarı bivəfa,Ey könül, naəhl ilə qövlü qərar etmək nədir?

Əhli-həqqə can fəda qıl, cəhl ilə olma rəfiq,Çün ənadil var ikən zaği şikar etmək nədir?

Xanda kim, hər əhli-ürfan görsən olgil xaki-pa,Ey könül, naəhl olub andan kənar etmək nədir?

Bir neçə gün yar olub, bir kimsənin halın duyub,Sonra anın gizli sirrin aşikar etmək nədir?

Hər kim öz eybi ilə sübhaninə dutmuş yüzün,Kimsənin eybin açıban şərməsar etmək nədir?

Ey Xətai, qıl fəda canın vəfalı yar üçün,Hər vəfasız, bivəfa kimsəni yar etmək nədir?

Ey sənin yüzinə baxdıq, qutlu oldu mahimiz,Nə əcəb surət yaratdı sünilə allahimiz.

Çün irişdim yüzinə, buldum siratəlmüstəqim,Abi-heyvanə irişdi, vardığınca rahimiz.

Dün sağınur kim ki, görsə zülfinin şəbrəngini,Kim qarayə boyayıbdır anu dudi-ahimiz.

Xızri-cavidan əlindən içmişüz abi-həyat,İsayi-Məryəm qatında qurmuşuz xərgahimiz.

Kəbəyi-vəslinə verdim canımı qurban, dedim,Hacı oldum, qan tökərəm, xanı qurbangahimiz?

Qaşların taqini gördüm, qibləgahım eylədim,Çün əyağın torpağında oldu mənzilgahimiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai, Kəbəyi-eşqinə ehram bağladı,Ol saatda ərşə çıxdı zikri illəllahimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq