Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir,Ol səbəbdən aşiqin daim yeri meyxanədir.

Necə ğəvvas olmayım, yaşımda kim, ol dilbərin,Ləbləri ləli-Bədəxşan, dişləri dürdanədir.

Vermərəm dünyavü üqba dövlətinə eşqini,Dünyəvü üqba mənə bir yanə, ol bir yanədir.

Sanma ey çeşmim, sənə biganədən ümmid ola,Gör nələr qıldı könül, kim, həmdəmü həmxanədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətaini rəha qılmaz saçın zənciridən,Sanma kim, uslandı ol miskin, hənuz divanədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq