Ey həq əhli, sən sənin cismində beytullahi gör
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey həq əhli, sən sənin cismində beytullahi gör,Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
Adəmin şənində, kərrəmna, dedi nitqi-ilah,Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör.
Zakirəm, zikr eylərəm könlümdə özgə kimsə yox,Natiqəm, nitqi-hidayət gəl həbibullahi gör.
Hazihi-cənnatiədnin dəftərin şərh eyləyən,İblis olma, gəl sücud eylə, bu babüllahi gör.
Məqtə — şairin təxəllüsü olan son beyt. Lövhi-məfhuzin Xətai əbcədin qıldı bəyan,Div deyilsən, xatəmin xətmində Fəzlüllahı gör.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ey-heq-ehli-sen-senin-cisminde-beytullahi-gor
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən dərvişəm deyə köksün gərərsən,Həqqi zikr etməyə dilin varmıdır?
Vücudim şəhrin seyr edib gəzərimVücudim şəhrin seyr edib gəzərim,Didar ilə məhəbbətə eşq olsun.
Biz də xanədanə gedər der idikBiz də xanədanə gedər der idik,Mehman canlar, bizə səfa gəldiniz.
Dədəm, xoş gəldin, xoş gəldinQaibden dəlil göründün,Dədəm, xoş geldin, xoş gəldin!