Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.

Nalələr kim, gecələr ta sübh olunca eylərəm,Qorxuram hicrindən anun razi-pünhanım açər.

Necə sərxoş olmasun dövrindən anun dilbərim,Nərkizi-məstaniniz kim, su kimi qanım içər.

Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi,Eylə Məcnunəm ki, Məcnun görsə həm məndən qaçər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çox yaşagil, çün mənə yar olmadın, ey səngdil,Bu Xətai oldu qəhrindən sənin zirü zəbər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq