Ey könül, hərcai yari ixtiyar etmək nədir?Yari-hərcai sözünə etibar etmək nədir?

Güli-xoşbu var ikən, əlim tikanə sürtməzəm,Kəbki-rəna var ikən, zaği şikar etmək nədir?

Dəgmə bir cahil nigarın cövrini çəkmək nədən,Kərrə bir nakəs ilə qövlü qərar etmək nədir?

Ahu gözlü bir sənəm aslanları seyd eyləmiş,Ey müsəlman, ahular şiri şikar etmək nədir?

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, sirrini sən dəgmə yerdə söyləmə,Sirri aşiq dəgmə yerdə aşikar etmək nədir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq