Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.

Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni,Səd həzaran dadü-bidad, bədəndən can ayrılır.

Ey könül, fəryadü-nalə vaxtıdır, eylə fəğan,Şimdi şəhrindən sənin ol şahi-sultan ayrılır.

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,Şol əzəldən yari-həmdəm, əhdü-peyman ayrılır.

Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün,Tök sədəflər dürri kim, şol gövhəri-kan ayrılır.

Dust vida eylər mənimlən ağlaram mən zar-zar,Gözlərimdən hər zaman gör Bəhri-Ümman ayrılır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, Tanrı sorsun bu şikəstə könlümü,Zərd olubdur arizin, candan məgər qan ayrılır?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar