Ey könül, yar vəslini qoyma ki, yar əldən gedər,Sən bu işdə qılma təqsir, ixtiyar əldən gedər.

İlbə-il, saətbə-saət xoş keçir, gün yarilə,Həftə-həftə, günbə-gün ol ruzigar əldən gedər.

İşrətü zövqü səfayə ey könül, şad ol müdam,Eyş nihan olur görünməz, aşikar əldən gedər.

Aşinayi tərk edübən, yada can vermə könül,Yad ilə biliş olunca aşna, yar əldən gedər.

Ey Xətai, qoyma yarın damənin əldən müdam,Kim ki, işin süst dytar hər nə ki, var əldən gedər.

Ləblərin yadi ilə didələrim qan doludur,Ağlamaqdan ətəyim ləl ilə mərcan doludur.

Səri-kuyində nə ğəm nalə qılırsa dilü can,Yüzü gül, gülşən ara, bülbüli-xoşxan doludur.

Kimə şikvə edəyim, sən qaşı yayın oxudan?Hər yana sancıla, sinəmdə bu peykan doludur.

Buyi-zülfin gətirir yadinə badi-səhəri,Canü dil bağçasıda müşk ilə reyhan doludur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, özünü xak edə gör, pak olasan,Mənlik etmə ki, cahan əhlinə ürfan doludur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq