Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey könül, vəqti-bahar ötdü, xəzən olmuş durur,Su kənarində sənəm, sərvi-rəvan olmuş durur.
Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün,Ol büti-namehribanım, mehriban olmuş durur.
Şərh edəndən bərlü şirin ləblərin ovsafini,Mürği-canım tutiyi-şirinzəban olmuş durur.
Gərçi düşmən tənəsindən çox cəfa çəkdim, vəli,Şükr kim, işim bekami-dustan olmuş durur.
Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün;Saqiya, gəl kim, cəhan baği-cinan olmuş durur.
Simü zərdən şaxlər doldurdu dəstü damənin,Məclisi-şabaş üçün göhərfəşan olmuş durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Uğraşanda ta ki, eşqin zərrə qılur dağları,Bu Xətai xəstə andan natəvan olmuş durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ey-konul-veqti-bahar-otdu-xezen-olmus-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Roşən yüzün ki, zülfin olubdur niqab onaRoşən yüzün ki, zülfin olubdur niqab ona,Nisbətdir əbr içində məhü afitab ona.
Rüxlərin müshəf, nigara, qaşların mehrablərRüxlərin müshəf, nigara, qaşların mehrablər,Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.
Sənsən həmişə surəti mənidə şahımızSənsən həmişə surəti mənidə şahımız,Ruzi-əzəldə həzrətin oldu pənahimiz.