Sevgidi
Şəbnəmlərlə boyalı ağ gül dərdim bir yığın,Gördüm güldə ətrin var, şəbnəmlərdə işığın.
Duydum sənin səsini səhər əsən nəsimdə,Səndə olan atəşdən ruhumda var mənim də.
Röyalarda parıldar gecə gözəl gözlərin,Tozlu zaman yolundan getməz ayaq izlərin.
“Yaradıcı” nəqşində səndən ilham almışdır,Pərdəsində baharın rəngləri qalmışdır.
Gözəlliyi dünyada sənsən gözəl yaradan,Qəndillərdə şöləsən, məbədlərdə sicurdan.
Əfsanələr dövründən səndən qalmış heykəllər,Səni sevən şairlər hələ gəzər dərbədər.
Sən bir nuri əzəlsən, göydən yerə əyləndin,İlk əsrarın yolundan; gələn yolçu sən idin.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-sevgidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Bu daqalGözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,
Şərəfnamə, fəsil 34Dur, saqi, şərabdan bir qədəh gətir!O qızıl çiçəkdən bir fərəh gətir!