Yuxuma gəlmişdin
... Yuxuma gəlmişdin sən həzin-həzin,İşvəli, qəmzəli, nazlı nazənin.Sən coşqun bir bulaq, mən yazıq əzgin,Sən yanar bir dodaq, mən halsız, üzgün!
... Onbeşdən az idi, yaşım o zaman,Axırdı qəlbimə yaşım o zaman.Daşdan-daşa dəydi başım o zaman,Yazda başlamışdı qışım o zaman!
Sən sevda buludu, mən təşnə dodaq,Sən pək iyi bir sərv, mən solğun yarpaq.Mən quru bir ağac, sən gül ağappaq,Sinəmə dəyirdi oxlar şaqhaşaq!
Canımda qalmayıb nə tab, nə təvan,Baxışın şimşəkdi, duruşun ceyran;Dodağın lalədir, ətirin reyhan,Onsuz da qurbanam, mən sana qurban!
Sən canlı mələksən, mən quru şəkil,Bən sana tayammı, ay saçı sünbül?Bağrımın başında sızlayan bülbül,Deyir: çəkil yoldan, bu yoldan, çəkil!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-yuxuma-gelmisdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
Xosrov və Şirin, fəsil 61Hekayəçi yazır: o bədbəxt adamŞirinin eşqindən öldükdə nakam,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,