Göygöl
Dumanlı dağların yaşıl qoynundaBulmuş gözəllikdə kamalı Göygöl.Yaşıl gərdənbəndi gözəl boynunda:Əks etmiş dağların camalı Göygöl!
Yayılmış şöhrəti Şərqə, Şimala,Şairlər heyrandır səndəki hala.Dumanlı dağlara gələn sualaBir cavab almamış soralı Göygöl!
Bulunmaz dünyada bənzərin bəlkə,Zəvvarın olmuşdur bu böyük ölkə.Olaydı könlümdə bir yaşıl kölgəDüşəydi sinənə yaralı Göygöl!
Sənin gözəlliyin gəlməz ki, saya,Qoynunda yer vardır, ulduza, aya.Oldun sən onlara mehriban daya,Fələk busatını quralı Göygöl!
Kəsin eyşi-nuşi, gələnlər, susun!Dumandan yorğanı, döşəyi yosun.Bir yorğun pəri var: bir az uyusun.Uyusun dağların maralı Göygöl!
Zümrüd gözlərini görsünlər deyə,Şamlar boy atmışdir, uzanmış göyə.Keçmişdir onlara qəzəbin niyə,Düşmüşlərdir səndən aralı Göygöl!
Dolanır başına göydə buludlar,Bəzənmiş eşqinlə çiçəklər, otlar,Öpər ayağından qurbanlar, otlar,Ayrılıq könlünü qıralı Göygöl!
Bir sözün varmıdır əsən yellərə?-Sifariş etməyə uzaq ellərə...Yayılmış şöhrətin bütün dillərə,Olursa, olsun qoy haralı Göygöl!-1925**
Kitabxana.az · https://kitabxana.az/works/cavad-goygol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Milli sazlar çalır matəm... müsibət...Başdan-başa qan ağlayır bir millət!
QəzəllərMərhəmət etsən əgər varmı qüsuri bir gör,Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!
Qızım üçünNişanlanmış siyahı elementiQüdrətim olsaydı, yaza bilsəydim,
QızımaQüdrətim olsaydı, yaza bilsəydim,Bir kağız üstünə bu dərdi, qızım!
Başqa şairlərin şeirləri
Sərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.