Qızım üçün
Nişanlanmış siyahı elementi
Qüdrətim olsaydı, yaza bilsəydim,
Bir kağız üstünə bu dərdi, qızım!
Sənin müsibətin mənim dərdimdən,
Neyləyim ki, qat-qat betərdi, qızım!
Bunu kim deyərdi bir səhər çağı
Tarımar olacaq ömrümün bağı?
İpək tellərinin gəlsə sorağı,
Qəlbimdə nə güllər bitərdi, qızım!
Mənim müsibətim gəlməz ki, başa
Dur dedim, durmadı gözümdə yaşa.
Desəydim dərdimi qəbirdə daşa,
O da dil-dil olub ötərdi, qızım!
Süzülüb bir daha gələ bilsəydin,
Barı bir dəfəlik gülə bilsəydin;
Ya da rahat-rahat ölə bilsəydin
Bütün qəmim, qüssəm itirdi, qızım!
Məktəb bacılarım gördülər zatən,
Can verən sən idin, canı çıxan mən!
Sən çıxıb gedərkən təzə aləmdən
Mənim əlimdəki nə tərdi, qızım?!
Göllərim qurudu, sonam ağladı,
Sonama səs verdi, anam ağladı;
Toyuna aldığım xınam ağladı,
Mənə qara daşlar gül verdi, qızım!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-qizim-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bənim bu gün cəhənnəmlik duman almış yollarımı,Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı.
Tarixi-müqəddəsYıldızlı şıq qabı,Parçalanmış kitabı, -
Türk ordusunaEy şanlı ölkənin şanlı ordusu,Unutmam Qafqaza girdiyin günü!
"Vankə"Allaha yalvardım: “Ağ daş, qara daş,Yalqızlıq çətindir, bana bir qardaş!”
Başqa şairlərin şeirləri
Hüsnündən doymuram, sənə vurğunamQoynunda hər dəfə gəzəli Quba,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,