Tarixi-müqəddəs
Yıldızlı şıq qabı,Parçalanmış kitabı, -Ay altında dun gecəDəli bir dərviş kibi,Mumu sönmüş, rehləsi yerə devrilmiş kibi,Oxudum saatlarca.
Yıldızlı şıq qabınParçalanmış qoynunda o yuxlayan kitabınÇevirdikcə kif qoxan hər sarı torpağınıSanki eşiyorum bir məzar toprağını.İncə əl yazıları canlandı bir-bir,Masallarda cızılan yüzləri göstərdilər.
İblis bir yılan oldu. Adəm H əvvayə qaldı;Qardaşını öldürən lənətli ruhi gördüm.Qoca taxta bir gəmi ümmanlarda qalqaxdı.Üfüqlərdə gövərçin bəkləyən Nuhi gördüm;İsmayılın topuğu qumdan çıxardı zəmzəm,Nuri - Sinada Musa qaldırdı qollarını.
Əsasını vurunca yarıldı bəhri Qülzəm,Buldu Bəni - İsrail Qüdsün yollarını!Zəkəriya zikriniBir sonsuz ahə verdi.Doğru həpsi... bikriniMəryəm Allaha verdi.Qüreyi Məhəmmədə qucaq açdı Mədinə,Bir atəş-məzar oldu Kərbəla Hüseyinə.
Səhifələr döndükcə bunlar həp birər-birərDoğrulub duruldu.Ay batdı, günəş doğdu,Qəlbim də atəş doğdu:Yıldızlı şıq qabı,Parçalanmış kitabı.Varsın küm ülsün deyə bir əbədi uyquyaAtdım kor bir quyuya.
Yazıq... yazıq bizə ki, əsrlərcə aldandıq!Qaranlıqda cızılan izləri görmək üçün,Görüb yüz sürtmək üçün.Yazıq!.. Yazıq bizə ki, bir çıraq kibi yandıq!Nə göydən çıraq gəldi, nə bir parça mərhəmət.Çalışan əsirlərə Musa, İsa, MəhəmmədSadə bir sətir ilə bir vnotsubuxor verdi,Masal cənnətlərinin yollarını göstərdi.Nə baş vaxtın əzanı, nƏ Anjelis çanlarıZəncirdən qurtarmadı yoxsul çalışanları.Niyə biz kölələriz... ƏfəndilƏrimiz var!Niyə hər məlundan yusunlanmış bir divar,“Əsir”, “Ə fəndi” deyə qoymuş da adlarını;İki baxma ayırmış ərzin evladlarını.Əfəndi işlətiyor, əsir işləyir yenə;Yenə əfəndilərin gümüşlü süfrəsindənQar kibi əkməyindən, şərab dolu tasından;Qırıntı, artıq belə düşməyir işləyənə!Yenə biz əsir keçən hər günün axşamındaEvə sadə bir loğma əkmək gətiriyoruz.Gecə yağmur inlərkən evimizin damında;İsına bilmək üçün, günəş bəkləyir kimi,Bir-birinə soxulan xasta köpoklər kibiYırtıq yorğanımızın altında titrəyiriz.Cüftümüz, sapanımız sonsuz çalışmamızla,Əsrlərlə köksündə inləyən qazmamızla.Həyəcana gəldi qara toprağın qəlbi,Kəndini təslim edən tazə bir qadın kibi!Dürlü-dürlü eyşlərlə doldu iştə hər ağac,Fəqət ondan bir koku belə gəlməyir bizə.Biz dilənçilər kibi gümülüb iczimizə;Kəndi ağacımızın dibində ölürkən ac,Əfəndilər göstərib sırıtan dişləriniBirər-birər toplayır bütün yemişlərini.Əfəndilər, ağalar, evliyalar, keşişlər!Əbədi qaranlığın bu sönük qollarında.Artıq təmiz ruhların aydınlıq yollarında,Sadə bir din, bir qanun, bir həqq, işləyən dişlər!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-tarixi-muqeddes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
ƏzizimHicran dustağıyam, dərdə giriftar,Bu dərdimi kimsə bilməz, əzizim!