Surətpərəstəm
Bir şeir qoşmuşam dillərdə gəzir,Uçub oba-oba ellərdə gəzir.Könlüm Məcnun kimi çöllərdə gəzir,O mənim şərqimdir, o mənim bəstəm,Mən şeir aşiqi, mən sözpərəstəm!
Cananın buxağı dümağ, ağ ola,Eşqi buludlarda, kefi çağ ola!Dərdi nazü-qəmzə, canı sağ ola,Mən çoxdan sərxoşam, mən çoxdan məstəm,Gözəllik vurğunu, gözəlpərəstəm!
Bir şəkil çəkmişəm, dünyada təkdi,Canlanıb ilk dağı sinəmə çəkdi.Burdan gəlib keçən o qız mələkdi,Mən söz ovçusuyam, söhbətpərestəm!Mən üz dəlisiyəm, surətpərəstəm!
Mənim gördüyümü, Vaqif görməyib,Mənim hördüyümü, Vaqif hörməyib.Mənim dərdiyimi, Vaqif dərməyib,İnci zərgəriyəm, naxışpərəstəm!Mən göz xəstəsiyəm, baxışpərəstəm!
Kim deyir “düz gəzir”, “əyilməzəm mənDosta dost, yada yad “deyilməzəm mən”Demirəm, poladam, “yiyilməzəm mən”;Yarın qabağında lalam, şikəstəm,Məhəbbət əsiri, sevgipərəstəm!
Sinəmdə yer tutub gözəllər bir-bir,Sinəmdə bağ salıb, gəzərlər bir-birSinəmi tapdalar, əzərlər bir-bir,Çinaram, palıdam, sərv kimi şəstəm,Aşiqəm, məşuqla sevdapərəstəm!
Ömrümü etmişəm bu yolda fəda,Qoy gəlsin onlardan canıma qada!Neyləyim birisi çatmayır dada;Özümə yağıyam, özümə qəsdəm,Leylisiz Məcnunam, Leylipərəstəm!
Onun dodağında gülüş görürəm,Onun gözlərində öpüş görürəm.Onun yerişində görüş görürəm;Onların önündə acizəm, pəstəm,Gülüş, öpüş, görüş, duruşpərəstəm!
... Bir gözəl sevmişdim altı yaşımdan...Şəkili getməyib hələ başımdan!O məndən utandı, mən göz yaşımdan...Fars demiş, əzəldən “nistəm ki, nistəm”!Mən ürkək, mən dəli ceyranpərəstəm!
Sevgi işığında gözüm qamaşır,Xəyalım titrəyir, fikrim dolaşır.Tanrım, o gözələ Cavad yaraşır;Bu ilahi ziya, qüdrətpərəstəm!Gözəl üz, gözəl göz, surətpərəstəm!!SURƏTPƏRƏSTƏM!!!-Gəncə, 1918*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-suretperestem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarımın sevdası gəzir başımda,Min səsli, sədalı telə bənzəyir!
Qəm, kədər çəkənə gün nə gərəkdirQəm, kədər çəkənə gün nə gərəkdir?Həqiqət sevənə xəyal nə lazım?
Sən güldükcə mən ağlaram, mən ağlaramSən güldükcə mən ağlaram, mən ağlaram!Sən susduqca mən çağlaram, mən çağlaram!
Dünyaya yas tutdum ürəyimdə mənDünyaya yas tutdum ürəyimdə mən,Axan göz yaşımı silən olmadı!
Başqa şairlərin şeirləri · Eşq
Bir nazənin sevdim məktəbxanada,Haqq kəlamın dil əzbərdən oxurdu.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
DüşmüşəmMəcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.