Ey şanlı ölkənin şanlı ordusu,Unutmam Qafqaza girdiyin günü!Gəlirkən qovmaya Turandan RusuAyağını Qara dəniz öpdümü?

İlk atarkən əski bürcə addımı,Qars qalası salam topu atdımı?Sən yaparkən orda zəfər şənliyi,Məğlub duşmən qaşların çatdımı?

Çıxdığın gün AllahəkbərDağma Dağıstan dağlan qibtə eylədi.Baxdı Xan Sarayı viran tağına,“Sən gəlirsən şən oluram” - söylədi.

Gəldiyin gün Küriin axar-baxan,Əski günahlardan silkindi, çıxdı.Eşidib Gümrüdə təkbir səsini,Araz sevincindən dünyayı yıxdı!-1918, Gəncə**

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən