Bu gün bir gözəlin seyrinə vardım,Əlində şanası tel kənarında.Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin,On dörd hörük gördüm bel kənarında.

Qapına gəlmişəm, sayılam, sayıl,Haqq verən paylara olmuşam qayıl,Pərimin boynunda heykəl-həmayıl,Ləl bazubənd düzüb qol kənarında.

Qurbani der: mənim sözüm düzgündü,Yar əlindən yazıq canım üzgündü,Baxdım, yarın gözü mənə süzgündü,Bir cüt öpüş aldım yol kənarında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq