Əsgər oğul
«İgid əsgər, möhkəm dayan».Ş.Əlizamanlının oxuduğu mahnıdan.
Sən bu yurda söykəlisən, bu yurd sənə,Keşiyində dursan belə neçə sənə,Ayaq üstə yatsan belə neçə sənə:Sən bu yurda söykəlisən, bu yurd sənə!
Son atəş də, son zərbə də səninkidir,Oğul əsgər, əsgər oğul – mərd igiddir,Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.
Mən bilmirəm, hardan boy al, hara dırman,Mən bilmirəm, göyə ucal, yerə quylan,Babaların məzarını qoru, qardaş!Ataların vüqarını qoru, qardaş!Körpələrin yuxusunu qoru, qardaş!«Vətən ölməz» duyğusunu qoru, qardaş!«Hünər ölməz» nidasını qoru, qardaş!Od yurdunun odasını qoru, qardaş!
Gurşad olub göydən ələn – mən bilmirəm,Qara bələn, buza bələn – mən bilmirəm,Harda şirləş, harda filləş – mən bilmirəm,Mən bilirəm: geriyə yol yoxdur, atam!Öncül oğul dönüb geri baxmır, atam!
Geridə biz qəbir yeri saxlamışıq,Bəsdir daha sızlamışıq, ağlamışıq!Geridə biz qəbir yeri saxlamışıq!Özümüzə dar ağacı qurmaq üçün,Özümüz öz boynumuzu vurmaq üçün:Qətl yeri saxlamışıq, qətl yeri!Qəbir yeri saxlamışıq, qəbir yeri.Bu torpağın hər qayası deyir bunuBu torpağın min yarası deyir bunu.Bu torpağın son nəfəri olsan belə,Son dirisi, son əsgəri olsan belə,Geri dönmə, son qələbə xəttinəcən,Son qələbə həddinəcən, səddinəcən.Dönmə geri üfüqəcən...Nə zaman ki, bu yer, bu yurdYağıları süpürəcək, üfürəcək,Hər əsgərin, hər nəfərinNəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:nakamların qəbri: Məşəl!Qaliblərin qəlbi: Məşəl!Məşəl! Məşəl!Şah dağından qəlbi məşəl!..
2 noyabr 1993
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-esger-ogul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Məhəbbət ölkəsi qəm diyarıdır,O diyarda ağlayan çox, gülən yox.
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.