Bir gün idi...
Bir gün idi...ikimizin qoluna giribİkiliyin birliyini alqışlayan gün.Bir gün idi...hər addımda min gül bitiribGül gülüşlü sevənlərə bağışlayan gün.
Heç olmaya məhəbbətin ikinci günü,Həmişə ilk qədəm ola ikinci qədəm.Məhəbbətin şəfəq kimi süzüldüyünüRəsm eləyə, əks eləyə, yazmaya qələm.
Bir gün idi...qərq olmuşduq nura gedirdik,Bir taleyin dan yerində,qürubunda biz.Heç bilmirdik hardan gəlib hara gedirdik,Yol itirdik iki qəlbin qurumunda biz.
Sən inadkar, mən inadkar,mühit inadkar,Uyuşmadıq havasına ürəklə ağlın.Sevgidə ki, edələşdi haqlı, günahkar,Demək, haqlı günahkardır, günahkar haqlı.Dalımızca o ilk günün:«Qayıdın, sevin» –hay-harayıkor-peşiman elçiyə döndü.Bir görüşlə bünövrəsi qoyulan evinBir dönüşlə dər-divarı evciyə döndü.
O, günlərin ən durusu, təmizi kimiBir gün idi... qayçısında məhəbbət donu.İndi bəlkə keçən günün ən pisi kimiAylar-illər arxivinə qoymurlar onu.
Çox töhfəsi göyərəcək gələcək günün,Çox xatirə ev quracaq beynimdə mənim.Fəqət o ilk elçimizin – ağbirçək gününXəcaləti dağ olacaq çiynimdə mənim.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-bir-gun-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir