Ucalmağa göyün dayaz,Dərinliyə yerin dayaz.Baş-ayaqdır dərin-dayaz,Palıd, səni kim yıxdı?

Donqarınla donqar ayıQaşovlandı bütün yayıBoz qaban ağzı dolayı...Palıd, səni kim yıxdı?

Söykəndiyin qaya dinməz,Min il tənha qala, dinməz,Qara fəndgir qara dinməz.Palıd, səni kim yıxdı?

Vurulan var, vuran «yoxdu»,Bu tələni quran yoxdu,And içən var, «Quran» yoxduPalıd, səni kim yıxdı?

O namərddir, qorxur hələCəsədinə yaxın gələ.Baltasızdı ağacdələn...Palıd, səni kim yıxdı?

Sual səpir sarı simlərÇiyin dartır «nə bilimlər»,Əgər heçdi bu heç kimlər,Palıd, səni kim yıxdı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri