Çevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.

Sən belə getməginən həsrət-firqət adınaYanmışam, yaxılmışam dildar, dilbər getmə.

Ey sərv qamətli canan, gəl sərimə sal sayaQəribəm binəvayam sən ol havadar getmə.

Sən təbibsən mən zəif dərdimə çarə gərəkSonra dərmansız ölər bu xəstə bihar getmə.

Qorxuram ki, gedəm xoş məzarın təlx edələrYolunu bənd eyləmiş bədguh-bədgar getmə.

Qayit allahı sevərsən bu könlümü şad eyləDanış şirin dilinən bir neçə göftar getmə.

Aç qolunu sal boynuma sarmaşğınan ay dostQoy baxıb əğyar sözünə bu qədər……….

Baxıb əğyar sözünə bu qədər incitmə məniNə demiş xilaf demiş o binur bimar getmə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yalvara, yalvara busə verib peşman oldunCümədən küsməginən səndədir ixtiyar getmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq