Səhər-səhər həsrət ilən gəzirdim
Səhər-səhər həsrət ilən gəzirdim,Cüt qoşa nar gördüm iki sinədə.Birisi qız idi, birisi gəlin,Can qurban eylərəm ikisinə də.
Gəlin bulaqda əl-üzünu yuyur,Qız deyin gəl gedək, həriflər duyur,Belə gözəl sevən əldənmi qoyur,Can qurban eylərəm ikisinə də.
Gəlnin dodağıdır Təbrizin məti,Əlli-altmış tümən qızın qiyməti,Belə gözəl sevən neylər cənnəti,Can qurban eylərəm ikisinə də.
Gəlinin yaxası polad iynəli,Qızın yaxasıdır çarpaz düyməli.İkisi də bir-birindən öyməli,Can qurban eylərəm ikisinə də.
Kababım olaydı, közüm olaydı,Yar yanında ötkün sözüm olaydı,Vaqif deyir: iki gözüm olaydı,Baxaydım bunların ikisinə də.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-seher-seher-hesret-ilen-gezirdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
Ey güli-xəndan, fəraqından sənin qan ağlaramEy güli-xəndan, fəraqından sənin qan ağlaram,Eylərəm şamü səhər çaki giriban ağlaram.
Gözlərin cəlladdırGözlərin cəlladdır, baxışın yağı,Qanlı qəmzən kimi olmaz bəla, qız.
Hər gedən gəlmiş,mənim ol qəmküsarim,Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
Başqa şairlərin şeirləri · Eşq
ماییم در زمانه دلی و هزار آه
İstər ki, yardan bizi etsin cida fələkDüşmənliyin bizə yenə gördü rəva fələk.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.