Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlirQış günləri yaza döndü şirin dil xoş zəban gəlir.
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istərÖz-özümə səbir verdim dedim mahi-taban gəlir.
Çıxardıb al libasını geyibdi qara donlarıYəqin bildim eşq ucundan halı çox pərişan gəlir.
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyəAyrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Molla Cümə çıx daldadan səni görsün o sirdaşınBəlkə canı qərar tapa eşidib bigüman gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-seherden-yollara-cixdim-gordum-ki-mehriban-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
چه خواهد اهل معنی زان عبارتکه سوی چشم و لب دارد اشارت
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
AyırmaSənə qurban olum, fələk,Dağları qardan ayırma!