Var
Mən bilirəm, bilməyən də qoy bilsin,Ayrılığın yaman qara üzü var.Günlər deyil, aylar deyil, illərdirÜrəyimdə yarasının közü var.
O taydakı mərd ellərə könlümün,Şerə vurğun nəsillərə könlümün,Həsrət dolu könüllərə könlümün,Dərya qədər deyiləsi sözü var.
Süleymanam, dözümlüyəm firqətə,Zaman gərək son versin bu həsrətə.Ürəyim bir xəritədir, xəritə,Orda əziz vahid Vətən özü var.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,Nə də könlümdə, gözümdə acı həsrət qalsın.
Dil niyə verdin?Deyirsən: “Sevmirəm, çəkil yolumdan...”Bəs keçən il mənə dil niyə verdin?!
Ah, o gözlər, o gözlərAh, o gözlər, o gözlərXəzər kimi ləpəli.
Nə deyimSevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim?
Başqa şairlərin şeirləri · Hicran
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
DözməzmiEdən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?