İllərdir yazıram özümə görəGözəl insanların arasında mən.Onları qəlbimdə gəzdirmişəm mən,Olsam da dünyanın harasında mən.

Livan qanla açır hər səhərini,Tarix silə bilməz o qan yerini.Görürəm Fələstin körpələrini,Qəlbimin ən dərin yarasında mən.

Nə üçün qəmlisən deməyin mənə,Baxıb o sahilə mən dönə-dönə.Qanlı göz yaşları görürəm yenə,Azərbaycanımın Arazında mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən