Hürriyyət ilə millət edər kəsbi-məali,Hürriyyət ilə mülkün olur qiyməti ali,Avropalı hürriyyət ilə tapdı kəmali,Əlbəttə, əsarətlə olur məhv əhali,Hürriyyətü sərbəstlik imrani-vətəndir.Azadə gərək şəxs, süxən, fikrlə xamə,Hər kəs gələ hürriyyət ilə şövqə, xüramə,Ta kim, ola insan qədəməndaz məramə,Sərbəstlik ilə olunur mülk idamə,Gər qalsa qüyudatdə, viran vətəndir.Hər kəs həqi-məşruinə sahib gərək olsun,Qayətdə ədalətli qəvanin qoyulsun,Ən faidəli qaidələr cari olunsun,Mizani-ədalət və müsavat qurulsun,Mizani-ədalət demək imrani-vətəndir.Fasid olub əlhəqq vətənin abü həvası,Hürriyyət ilə qabil olur üssi-əsası,Bişübhə pozulmuş bunun əvvəlki binası,Meydanə qoyulsa yeni qanuni-əsasi,Qanuni-əsasi isə dərmani-vətəndir.Sövq etmək üçün milləti şəhrahi-fünunə,Minlərcə əhali olub ağişteyi-xunə,Diqqətli nəzər qıl, bunu həml etmə cünunə,Boş laf uran kəslərə olsun bu nümunə,Bunlar şühədayi-rəhi-canani-vətəndir.Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,Biçarə vətən sanki olub məhşəri-şərrət,Səhrayi-bəladə gəzir avarə rəiyyət,Övladını bəslərmi belə madəri-şəfqət?Bu zillətə, bu möhnətə giryan vətəndir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən