Təbriz həsrəti

Bilirsənmi neylərəm bir də səni görməsəm!Bəxtimə heç söylərəm, bir də səni görməsəm.Millətimin adından sənin düşmənlərinəÖlüm hökmü dilərəm, bir də səni görməsəm.Sanma ki, əvvəlkitək – mənim gözəl Təbrizim,Sevinərəm, gülərəm bir də səni görməsəm!Bütün bu yer üzünə bu şair gözlərimdənQanlı yaşlar çilərəm bir də səni görməsəm.Kim deyir təkbaşıma bu qəmlər ordusununÖhdəsindən gələrəm, bir də səni görməsəm?Süleymanam, nisgilim sənsizliyimdir ancaq,Bilirəm ki, ölərəm, bir də səni görməsəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm